İranda vəziyyət nə yerdədir?

İranda 20 yaşlı qızın hicaba görə öldürülməsindən sonra başlayan etiraz aksiyaları hələ də davam edir.

Metbuat.az İran mənbələrinə istinadən xəbər verir ki, etiraz askiyalarında iştirak edən vətəndaşlar, jurnalistlər saxlanılır.

Sərhədsiz Reportyorlar Təşkilatının son məlumatıan görə, son günlər başlayan kütləvi etirazlar zamanı daha 19 jurnalist saxlanılıb. Tutulanlar arasında iki fotojurnalist və daha 7 qadın jurnalistin olduğunu vurğulayan beynəlxalq təşkilat Tehran, Rəşt, Amol, Qəzvin və Əhvaz şəhərlərində bir neçə jurnalistin də məhkəməyə çağrıldığını qeyd edib.

İranın 31 əyalətinin 16-da polislərlə əhali arasında toqquşma davam edir. Xüsusilə də İranın Tehran, İsfahan, Yəzd və Kürdüstan əyalətlərində rejimə qarşı etirazlar getdikcə kəskinləşir.

Sonuncu açıqlanan rəqəmlərə görə, aksiyalarında ölənlərin sayı 77 nəfər çatmışdı.

Baş verənlərə etiraz edən qadınların bir çoxu isə artıq Tehranın mərkəzində hicabsız gəzir.

İranda davam edən kütləvi etirazlardan vahiməyə düşən ölkə hakimiyyəti "Googl"," Whatsapp", "Telegram", daha sonra "Twitter" sosial şəbəkələrinə girişi məhdudlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR