Finlandiyanın daxili işlər naziri Krista Mikkonen “Şimal axını 2” qaz kəmərindəki fəsadlarla bağlı təşkil edilən brifinqdə huşunu itirib.

Metbuat.az xəbər verir ki, onun yerə yıxıldığı anlar kameraya düşməyib. Lakin hökumət nümayəndələrinin qadın nazirə kömək edərək, onu ayağa qaldırmaq cəhdləri kameraya düşüb. Hökumətin brifinqi dərhal dayandırılıb. Bir neçə saat sonra səhhəti ilə bağlı açıqlama verən nazir, vəziyyətinin normal olduğunu ifadə edib. O, huşunun itiriməsinin səbəbləri barədə danışmayıb.

Qeyd edək ki, Qərb “Şimal axını” qaz kəmərlərində baş verən fəsadların təxribat olduğunu irəli sürür və təxribatın Rusiya tərəfindən təşkil edildiyini iddia edir.