Vladimir Putin sabah Ukraynanın 4 işğal olunmuş rayonunu birləşdirəcək.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, Kreml bu barədə Rusiya Prezidentinin fərman imzalayacağını açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Federasiyasına sazişlərin imzalanması mərasimi sabah Moskva vaxtı ilə saat 15:00-da keçiriləcək.
Rusiya prezidentinin Kremldə imzalanma mərasimi keçiriləcəyi, bundan sonra onun böyük nitq söyləməsi və Moskva tərəfindən təyin olunmuş Ukrayna vilayətlərinin administratorları ilə görüşü gözlənilir.