2023-cü ildə Ermənistanın müdafiə xərcləri 501,3 milyard dram (1,3 milyard dollar) təşkil edəcək.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu, gələn il üçün Ermənistanın dövlət büdcəsi layihəsində əks olunub.
Büdcə layihəsinə əsasən, Ermənistanın hərbi büdcəsi 40%-dən çox artacaq və tarixdə ilk dəfə olaraq bir milyard dolları ötəcək.