Sentyabrın 28-də sərhəddə Ermənistanın növbəti təxribatının qarşısını alan zaman Azərbaycan tərəfinin cavab atəşi nəticəsində ölən üç erməni hərbçisinin adı açıqlanıb.

Metbuat.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən hərbçilər polkovnik-leytenant Nahapet Marqaryan, serjant Ovannes Sukiasyan və sıravi Edvard Ovannisyandır.

Xatırladaq ki, ermənilərin dünənki təxribatı zamanı Azərbaycan Ordusunun bir əsgəri - İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Երեկ ադրբեջանական шգրեսիшյի ...