Paşinyan "ürəyini boşaltdı":

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 28-də axşam saatlarında komanda yoldaşları, “Siyasi pakt”ın deputatları ilə görüşmək və qərb tərəfdaşları ilə apardığı son danışıqlar, səfərlər barədə hesabat təqdim etmək üçün Milli Məclisə gedib.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, Paşinyan iclasda iştirak edənlərə mövcud vəziyyəti danışıb. O bildirib ki, Ermənistan hazırda çətin vəziyyətdədir, lakin Qərbə və xüsusən də ABŞ-a böyük ümid bəsləyir.

Nəşr yazır ki, Paşinyan açıq şəkildə etiraf edib ki, Qərbdən gözləntiləri silah və Azərbaycana qarşı sanksiyalardır. ABŞ-ın Ermənistana silah satmaq istəyi də dəqiq deyil, ikincisi isə qeyri-mümkündür.

"Hraparak" qeyd edir ki, Nikol Ermənistanın çətin vəziyyətdə olmasına baxmayaraq yenidən Rusiyanın "qucağına" atıla bilməyəcəyini deyib. Paşinyan deyib ki, çoxvektorlu xarici siyasət aparmaq və bundan qorxmamalıyıq: "Lazım gəlsə, Rusiya Federasiyasını, kömək etməsə Qərbi tənqid edin".

Paşinyan həmin görüşdə sülh müqaviləsindən də danışıb. O qeyd edib ki, Rusiya müqavilənin imzalanmasını mümkün qədər gecikdirməyə çalışır.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR