"Qarabağ"la oyunöncəsi "Olimpiakos"a PİS XƏBƏR -

"Olimpiakos"un daha bir futbolçusu Afinada "Qarabağ"a qarşı keçiriləcək oyunu buraxacaq.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilir ki, komandanın əsas heyət oyunçusu Usseynu Ba zədələnib. Həkimlər 27 yaşlı seneqallı müdafiəçinin azı 10 gün yaşıl meydanlardan uzaq qalacağını deyib.

Qeyd edək ki, buna qədər "Olimpiakos"un iki oyunçusunun zədə səbəbindən “Qarabağ”la oyunu buraxacağı açıqlanmışdı.

Onlar müdafiəçi Panayotis Retsos və qapıçı Tomaş Vatslikindir. "Olimpiakos" - "Qarabağ" oyunu oktyabrın 6-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR