Argentina millisinin və PSJ klubunun hücumçusu Lionel Messi ekoloqların tənqidinə tuş gəlib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ona məxsus təyyarə son üç ayda 52 uçuş həyata keçirib. Messinin 15 milyon avro dəyərində şəxsi təyyarəsi var və bu hava nəqliyyat vasitəsindən futbolçunun özü, ailə üzvləri və dostları istifadə edir.
Ekoloji təşkilatlar deyir ki, futbolçu ətraf mühitə göstərdiyi biganə münasibət göstərir.