İranlı din xadimi hicab tələb edir, qızları isə Vaşinqtonda lüks həyat yaşayır -

İranda qadınların hicabda olmasını tələb edən ayətullahların, din adamlarının ailəsinin lüks həyatı mətbuatda yayılıb.

Metbuat.az xəbər verir ki, Vaşinqtondakı İslam Araşdırmaları Mərkəzinin iranlı rəhbəri Ayətullah Əhməd İrvaninin qızlarının da açıq-saçıq fotoları yayılıb. İranda qadınların hicaba bürünməsini tələb etsə də, bu din xadiminin qızlarının bu cür açıq-saçıq geyimlərlə olan dəbdəbəli həyatları kəskin tənqid edilib.

Bundan öncə də İranın nüfuzlu din xadimi Emami Kaşaninin qız nəvələrinin açıq-saçıq fotoları ortaya çıxmışdı.

Həmçinin oxuya bilərsiniz: Qadınlara hicabı məsləhət görən din xadiminin nəvələrinin lüks həyatları - FOTOLAR

Qeyd edək ki, İranda Məhsa Əmininin ölümündən sonra başlayan aksiyalar hələ də davam edir. Etirazlarda xeyli sayda ölən, yaralanan və həbs olunanlar var. Qadınlar kütləvi şəkildə hicabdan imtina edirlər. Hətta şəhərin mərkəzində qadınların hicabsız gəzdiyi görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR