Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək

Füzuli Mərkəzi Parkının torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək.

Metbuat.az-a Qarabağ Dirçəliş Fondundan verilən məlumata görə, Qarabağ Dirçəliş Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və ölkəmizdə səfərdə olan Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı qonaqlara “Füzuli Mərkəzi Park” layihəsi ilə bağlı ətraflı məlumat verilib, mövzu ilə bağlı müvafiq müzakirələr aparılıb.

Daha sonra park ərazisinə aid olan müxtəlif yerlərdən torpaq nümunələri götürülüb. Qeyd olunub ki, əmin nümunələr Türkiyədə yerləşən müasir laboratoriyada aparılacaq analizlərinin nəticəsinə əsasən parkda əkilməsi üçün ərazinin iqlim şəraitinə uyğun olan ağac növlərinin müəyyənləşdirilməsinə töhfə verəcək.

Qeyd edək ki, bu ilin mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR