Messinin qolundan sonra reklam lövhəsinə çıxan yazı gündəm oldu -

Futbol üzrə Fransa çempionatının 9-cu turu çərçivəsində PSJ-nin futbolçusu Lionel Messinin “Nitsa”nın qapısına vurduğu qoldan sonra reklam lövhəsində çıxan yazı müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, qol zamanı reklam lövhəsində “GOAT” (Tarixin ən yaxşısı) yazısı çıxıb. Yerli mənbələr yazır ki, bu, PSJ klubunun Messiyə jestidir. PSJ Messi ilə müqaviləni yeniləmək istədiyi üçün ona verdiyi dəyəri belə davranışları ilə biruzə verir. Bəzi mənbələr isə reklam yazısının ekrana çıxmasını təsadüf hesab edir. Bu reklam qarşılaşma zamanı bir neçə dəfə nümayiş olunub.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 2-1 hesablı qələbəsi yekunlaşıb. Messi cərimə zərbəsindən fərqlənib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR