Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Luqansk vilayəti istiqamətində irəliləyir.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, ordu Donetsk vilayətinin 3 məntəqəsini işğaldan azad edib. İşğaldan azad edilən Liman şəhəri yaxınlığındakı Torskoye və Zareçnoye məntəqələri strateji əhəmiyyət daşıyır. Bu məntəqələrin azad edilməsindən sonra Ukrayna ordusunun Luqansk istiqamətində hücum etməsi üçün əlverişli mövqe yaranıb. Hərbçilər Kremennaya şəhəri istiqamətində irəliləyirlər. Ukrayna ordusu mətbuatda yayılan məlumatları təsdiq edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində Xerson vilayətində yerləşən Arxangelsk və Mirolyubovka qəsəbələrinin azad edildiyini açıqlayıb.