"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimləndi

AFFA İntizam Komitəsi "Səbail" klubunu cərimələyib.

Metbuat.az assosiasiyaya istinadən xəbər verir ki, buna səbəb kllubun əvəzedici komandasının "Qarabağ-2" ilə görüşündə baş verənlər olub.

"Səbail" hakimlər otağında məşqçisinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağın təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün 80 manat cərimə olunur

Klub, həmçinin top və xərək daşıyan şəxslər komandaların paltardəyişmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün daha 80 manat cərimə ödəməli olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR