Öldüyü deyilən Xamneyi kameralar qarşısına keçdi -

Bir müddət öncə ölüm xəbərləri yayılan İran lideri Ayətullah Əli Xamneyi kameraların qarşısına keçərək şayiələrə son qoyub.

Metbuat.az xəbər verir ki, o, çıxış edərək ilk dəfə olaraq ölkəsində baş verənlərdən danışıb. Ayətullah aksiyalarlarda heç bir dəlil gətirmədən ABŞ-ni və sionist rejimi günahlandırıb:

"Açıq şəkildə deyirəm ki, bu iğtişaşlar Amerika, saxta sionist rejim tərəfindən hazırlanıb və xaricdəki bəzi xain iranlılar onlara kömək ediblər".

Xamneyi 22 yaşlı Məhsa Əminin ölümünə kədərləndiyi də ifadə edib.

Qeyd edək ki, aksiyalarda ölənlərin sayı isə gizlədilir. Yaralananlar var, həmçinin yüzlərlə insan saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR