Dünya bazarında neftin qiyməti ucuzlaşıb.
Metbuat.az Bloomberg"ə istinadən xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə 91,75 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,18% azalaraq 86,36 dollar təşkil edib.