Messi heyran edir -

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib.

Metbuat.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Portuqaliyada "Benfika"ya qarşı keçirilən qrup mərhələsinin III tur matçında fərqlənməklə nail olub.

22-ci dəqiqədə adını tabloya yazdıran təcrübəli forvard turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR