"Qarabağ" və "Neftçi"

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul edilib:

- Premyer Liqanın VIII turunun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

- VIII turun “Qarabağ” – “Neftçi” oyununun 54-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

- Sözügedən görüşün 54-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

- VIII turun “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən oyunun başlanmasına bir dəqiqə qalmış meydançaya kənar əşyalar atıldığına görə meydan sahibləri 1600 manat cərimə olunur.

- “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR