Türkiyə bu ölkəyə hərbi kontingent göndərir -

Türkiyə Qətərə hərbi kontingent göndərəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə parlamenti qərar qəbul edib. Bildirilir ki, qanun türk hərbi kontingentinin Qətərdə keçirilək futbol üzrə dünya çemionatının təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlərdə iştirak etməsini nəzərdə tutur. Hərbi kontingentin Qətərdə qalma müddəti 6 aydır. Qətərə göndəriləcək hərbçilərin sayı barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə mənbələri Qətərə idman obyektlərinin və otellərin təhlükəsizliyini təmin etmək üçün 3000-ə yaxın polis əməkdaşının, 100 xüsusi təyinatlı hərbçinin və digər sahələr üzrə mütəxəssislərin göndəriləcəyini yazmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR