Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada qeyri-rəsmi görüş zamanı fransız həmkarı Emmanuel Makronla baş tutan dialoq barədə danışıb.
Metbuat.az xəbər verir ki, Ərdoğan bildirib ki, Makron Türk Birliyinin iclasına dəvəti müsbət qarşılayıb:
“Gələcək. Elə dedi. “Hansı mövsümdə gəlim” deyə soruşdu. Sonra “G20-dən sonra gəlsəm necə olar” deyə soruşdu. Gəl dedik, amma gələndə xanımınla gəl dedik. Zarafatımızı da etdik. Xanımlar yaxşı yola gedir, amma biz səninlə yola gedə bilmirik söylədim”.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammitindən əvvəl Prezdent Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev, Prezident Emmanuel Makron və Baş nazir Nikol Paşinyan Praqa qəsrində birlikdə söhbət ediblər. Bu zaman Ərdoğan Makrona deyib:
“Sən də Türk Birliyinin iclasına gəl. Hər şey Aropadan ibarət deyil”.