Etirazçıları qıcıqlandıran açıqlama:

İranın Ədliyyə Tibb Təşkilatı Məhsa Əmininin ölümünün səbəbi ilə bağlı hesabatını dərc edib.

Metbuat.az "BBC Farsi"yə istinadən xəbər verir ki, açıqlamaya görə, Məhsa Əmininin ölümü döyülmə deyil, xəstəlik nəticəsində baş verib.

Hesabatda 22 yaşlı qadının paytaxtda əxlaq polisi tərəfindən saxlandıqdan sonra baş verən ölümünün "başına, həyati orqan və ətraflarına aldığı zərbələr səbəb olmayıb, 8 yaşında keçirdiyi beyin şişi ilə əlaqədar olduğu" bildirilib.

Qızın atası Əmcəd Əmini "BBC Farsi"yə verdiyi eksklüziv müsahibədə ilkin tibbi hesabatı və qızının xəstəlik tarixini təkzib edib və onları yalan adlandırıb və həbs edilən zaman onun sağlam olduğunu bildirib.

Atası deyib ki, qızının cəsədi üzü görünməyəcək şəkildə bükülsə də onun ayaqlarının əzilmiş olduğunu görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR