Ukrayna ordusu Xersonda uğurlu hücumları davam etdirir.
Metbuat.az xəbər verir ki, Ukrayna ordusu Xersonda son bir həftə ərzində 29 yaşayış məntəqəsini azad edib. Bu barədə məlumatı Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsi yayıb. Bildirilir ki, Rusiya ordusu itirdiyi mövqeləri yenidən ələ keçirmək üçün əks-hücumlar təşkil etsə də, irəliləyə bilməyib. Məlumata görə, Ukrayna ordusunun Luqansk istiqamətində də uğurları var.
Qeyd edək ki, Xerson, Luqansk, Donetsk və Zaporojye vilayətlərində keçirilən saxta referendumlardan sonra bu ərazilər Rusiyaya birləşdirilib.