Dünən Ukraynanın Xerson və Donetsk vilayətlərində yaşayan 2 azərbaycanlının olduğu avtomobil atəşə tutulub. Nəticədə onlar həlak olublar.

Metbuat.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Zərdab rayonu, Məmmədqasımlı kənd sakinləri - 61 yaşlı Gülağa və 53 yaşlı Fəqan Uğurluyev qardaşları Donetskdən Xersona yük maşını ilə tərəvəz daşıyırmışlar. Nəqliyyat vasitəsi yolda atəşə tutulub. Fəqan Uğurluyevin övladı Pünhanın sözlərinə görə, əmisi Gülağa ailəsi ilə birgə Donetskdə yaşayırmış, atası isə bir neçə ay əvvəl Xersona gedibmiş.

Hazırda aidiyyəti qurumlar tərəfindən onların cənazələrinin ölkəmizə gətirilməsi üçün müvafiq tədbirlər görülür.

Qeyd edək k, dünən sosial şəbəkələrdə Xersonda Məmmədqasımlı kəndindən olan 2 nəfərin yox, 4 nəfərin həlak olması ilə bağlı məlumatlar yayılmışdı. Sonrada ölənlərin 2 qardaş olduğı məlum oldu.