Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib:
"Bu çətin anda mən bir daha tərəfdaşlarımızı və müttəfiqlərimizi qətiyyətli olmağa çağırıram! Bizə daha çox silah verin! Bizə hava hücumundan müdafiə sistemləri, tanklar, təyyarələr və uzaqmənzilli raketlər lazımdır!" - o tviter hesabında yazıb.
A.Qeraşşenko bunula Putinin Rusiya Federasiyasının terrorçu dövlət olduğunu bir daha təsdiqlədiyini qeyd edib. O, Rusiyanın döyüş meydanında ukraynalı hərbçilərə müqavimət göstərə bilmədiyi üçün raketlərini Ukraynanın mülki əhalisinə sərf etmək qərarına gəldiyini vurğulayıb.