“Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılığa gəliblər, indi bunu həyata keçirmək qalır”.
Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib:
“Biz jestlər edirik. Rəsmi İrəvan bu jestləri qiymətləndirməlidir. Artıq müharibə bitib. Lakin sülh istəməyən qüvvələr var. Ermənistan başa düşməlidir ki, artıq davamlı həll yoluna başlamalıyıq. Müzakirələr artıq daha yaxşı gedir. Brüssel və Praqadakı görüşlər buna misaldır. Nəticədə Ermənistanla Azərbaycan qalıcı sülh müqaviləsi imzalamalıdır. Ermənistanın çətinliklərini bilirik. Ermənistanla münasibətlərin normallaşması məsələsində səmimiyik. Lakin Türkiyə və Ermənistan arasındakı məsələni Azərbaycandan ayrı düşünmək olmaz. Biz Azərbaycandan tamamilə sərbəst hərəkət etmərik. Prezidentimiz ilə Əliyev daim təmasdadır”.