Dünyanın ən yaxşı futbolçusu Messidir -

“Messi bir çox çətinliklərin öhdəsindən gələrək dünyanın ən yaxşı futbolçusu olmağı bacarıb”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, böyümə hormonu çatışmazlığına baxmayaraq Messi mübarizə apararaq, məqsədinə çatıb.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl Messi və Ronaldo arasında müqayisə apararkən portuqaliyalı futbolçunu da tərifləmişdi.

Ərdoğan Ronaldonun cərimə zərbələrini daha yaxşı yerinə yetirdiyini ifadə etsə də, Messinin daha texnikalı və üstün olduğunu demişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR