Bu gün səhər saatlarından İranın bir çox bölgələrində internet kəsilib və mobil telefon xidmətlərində pozuntular yaranıb.
Metbuat.az İran mənbələrinə istinadən xəbər verir ki, buna səbəb etirazların dünyaya çatdırılmasının qarşısını almaqdır.
Qeyd edək ki, ölkədə həmçinin "Google", "Twitter", Whatsapp", "Telegram" sosial şəbəkə platformalarına giriş də məhdudlaşdırılıb.