Təklifi rədd etdi:

PSJ-nin futbolçusu Lionel Messi klubdan ayrılmağa qərar verib.

Metbuat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hücumçu bu barədə yaxınlarına deyib. Bildirilir ki, PSJ-nin yeni müqavilə təklifinə baxmayaraq, Messi mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq. Messinin PSJ klubundakı ab-havanı bəyənmədiyi irəli sürülür. Onun ilk seçimi “Barselona” ya qayıtmaqdır. İddia edilir ki, bu transfer reallaşmasa, Messi ABŞ-a gedəcək. Messi ABŞ-da futbol oynamaq istədiyini bir neçə dəfə səsləndirmişdi.

Qeyd edək ki, Messinin mövsümün əvvəlində “Barselona”nın baş məşqçisi Xavi ilə əlaqə saxlayaraq, qayıtmaq istədiyni ifadə etmişdi. Xavi buna etiraz etməsə də, maliyyə şərtlərinə görə son qərarı klub rəhbərliyinin verəcəyini qeyd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR