Güney Azərbaycanın Urmu şəhərində hicabını açan məktəbli qız saxlanılıb.
Metbuat.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, o, ağır xəsarətlərlə xəstəxanaya köçürülüb. Hökumət qüvvələri onun ailəsinə təzyiq edərək məsələni ictimailəşdirməməyi, qızın xəstə olduğunu demələrini tələb ediblər.
İran mediası hadisənin əks-inqilabçılar tərəfindən şişirdildiyini, şagirdin baş ağrısı səbəbindən özündən getdiyini və xəstəxanada müalicə olunduğunu iddia edir.
Qeyd edək ki, 22 yaşlı Məhsa Əminin İranda öldürüləməsindən sonra kütləvi etirazların baş verdiyi şəhərlərdən biri də Urmudur.