16 il sonra doğulan oğlunu bacısına tapşırdı -

Bakıda əri qəzada ölən qadının intihar etməsi barədə bəzi detallar məlum olub.

Metbuat.az APA tv-yə istinadən xəbər verir ki, Nahidə Umudova qaz borusundan özünü asaraq həyatına son qoyub. Həmin hadisə anbaan ərazidə olan müşahidə kameralarına düşüb. Onun intihar etməsinin səbəbi də elə bir gün əvvəl həyat yoldaşının dünyasını dəyişməsi olub.

Nahidə və Fəxri Umudovlar 18 ildir ki, evli olublar.

Mərhumun bacıları Aydan və Yasəmən deyir ki, Nahidə intihar etməzdən bir neçə dəqiqə əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” mesajını yazıb. O, yazdığı mesajda 16 il sonra dünyaya gələn yeganə oğul övladları olan Yusif Umudovla bağlı vəsiyyətini də edib. Belə ki, 2 yaş yarımlıq Yusifi illərdir ki, övladı olmayan bacısı Yasəmən İbrahimovaya əmanət edib: "Uşağımızı övladı olmayana tapşırıram. Narahat olma, yanına gəlirəm. Yuxuma girib mənə yol göstərsəydin bu qədər aciz olmazdım. Övladını mənə əmanət edib, əlimdən gəldiyi qədər qoruyacağam, göz bəbəyim kimi".

Bir-birlərini hər şeydən çox sevən bu iki şəxs-Fəxri və Nahidə eyni məzarda dəfn ediliblər.

Qeyd edək ki, oktyabrın 10-da axşam saatlarında Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 23 yaşlı İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb. Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR