Türkiyənin Jandarma Qüvvələrinin çavuşu Kürşat Sert Van əyalətinin Çatak rayonunda terrorçularla atışmada şəhid olub.
Metbuat.az Habertürk-ə istinadən xəbər verir ki, bu barədə Van valiliyi məlumat yayıb.
Belə ki, Jandarma Qüvvələri bölgədə antiterror əməliyyatı keçirir. Bu zaman ərazidə gizlənmiş terrorçular hərbçilərə atəş açıblar. Nəticədə Sert şəhid olub.
Bölgədə antiterror əməliyyatı davam edir.