Norveç Ukraynaya sursat alınması üçün 19 milyon dollar ayıracaq

Norveç Ukrayna hərbçiləri üçün artilleriya sursatlarının alınmasına təxminən 19 milyon dollar ayıracaq.

Metbuat.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Onun sözlərinə görə, bu pulla 122 və 152 mm çaplı 17 minə yaxın artilleriya mərmisinin alınması planlaşdırılır.

Qram onu da qeyd edib ki, hazırda Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləmək üçün həmrəy olmaq xüsusilə vacibdir.

Xatırladaq ki, sentyabrın əvvəlində məlum olub ki, Norveç Ukraynaya 160 Hellfire tank əleyhinə raketləri, həmçinin onlar üçün buraxılış və istiqamətləndirici qurğular təhvil verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR