Türkiyədəki mədən qəzasında ölənlərin sayı 40-a

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 40 nəfərə çatıb.

Metbuat.az Haberglobal-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, axtarış-xilasetmə tədbirləri davam edir.


08:19

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Qeyd edilib ki, partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

Həmçinin oxuya bilərsiniz: Türkiyədəki dəhşətli mədən faciəsindən FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR