Rusiya Kiyevə kamikadze dronlarla

Rusiya bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücum edib.

Metbuat.az "UNİAN"a istinadən xəbər verir ki, paytaxtın Şevçenko rayonunda iki partlayış baş verib.

Bu barədə paytaxtın meri Vitali Kliçko məlumat verib. Məlumat agörə, şəhərin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Baş verən hücum nəticəsində qeyri-yaşayış binasında yanğın baş verib.

"Yanğınsöndürmə bölmələri işləyir. Bir neçə yaşayış binasına ziyan dəyib. Həkimlər hadisə yerindədir. Zərərçəkənlərlə bağlı məlumatları dəqiqləşdiririk", - Kliçko yazıb.

Qeyd edək ki, mer bu səhər Kiyevə hücum edən kamikadze pilotsuz təyyarələrdən birinin qalıqlarının fotosunu paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR