Yaşasaydı 17 yaşı olacaqdı... -

17 oktyabr, təxminən yerli vaxtla 01:00-da düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutdu. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar var idi. Onlardan biri də 15 yaşlı Nigar Əsgərova idi...

Metbuat.az xatırladır ki, Əsgərova Nigar Azər qızı 2005-ci il oktyabrın 18-də Gəncə şəhərində doğulmuşdu. Dünən Nigarın vəfatından 2 il ötdü, bu gün isə onun qeyd edə bimədiyi 17-ci yaş günüdür. Nigar yaşasaydı 17 yaşını qeyd edəcəkdi.

Əsgərova Nigar 2011-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. O, 2020-ci ilin oktyabr ayından "Zirvə" kursunda Bərbər-kosmetoloq peşəsi üzrə təhsil almağa başlayıb. Elə həmin ayda Nigar yaxın qohumları Əsgərov Suliddin, Əsgərov Bəxtiyar, Əsgərova Sevil və Əsgərova Narin ilə birlikdə şəhid oldu.

Bir 1 nəfər şəkili ola bilər

Ad gününü keçirə bilməyən Nigar 10-cu sinif şagirdi idi


Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 27 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR