Tehranda molla "edam edildi" -

İranın paytaxtı Tehranda simvolik edam həyata keçirilib.

Metbuat.az xəbər verir ki, İmam Əli körpüsündə molla qiyafəsində edam səhnəsi canlandırılıb.

Təşkilatçılar bildirir ki, edam qeyri-insani cəzadır və qanunlardan çıxarılmalıdır: "Mollalar müasir qanunlarla mühakimə olunmalı və cəzalandırılmalıdır"”, - digər paylaşımda vurğulanır.

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu başlayan etiraz aksiyaları artıq bir aydan çoxdur ki, davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR