Rusiya hakimiyyəti rəsmən terrorçu kimi tanındı -

Estoniya Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.

Metbuat.az xəbər verir ki, bu barədə Estoniya parlamenti qərar qəbul edib. Sənəddə Rusiya hakimiyyəti terrorçu, Rusiya dövləti isə terrorçuluğu himayə edən dövlət adlandırılıb. Sənədin lehinə 88 deput səs verib.

Qeyd edək ki, ötən həftə Avropa Şurası Parlament Assambleyası Rusiyanın terrorçuluğu himayə edən dövlət olaraq tanınması haqqında qətnamə qəbul edib. Əlavə edək ki, bundan əvvəl Vaşinqton Rusiyanı terroru himayə edən ölkə kimi tanımaqdan imtina etmişdi. “Ağ ev”dən bildirilmişdi ki, Rusiyanın ABŞ tərəfindən terrorçuların sponsoru kimi tanınması “Ukraynaya zərər verə bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR