Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın itkilərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Paşinyan bildirib ki, I Qarabağ müharibəsində 777, II Qarabağ müharibəsində isə 217 nəfər itkin düşüb.

O qeyd edib ki, sentyabrın 12-13- də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində 29 nəfər itkin düşüb.