Zəngilan Beynəlxalq Hava Limanının tikintisində yerli materiallardan istifadə olunur -

Zəngilan Beynəlxalq Hava Limanının tikintisində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Archi Glass” MMC-nin istehsal etdiyi multifunksional (LOWE) şüşə paketlərdən istifadə edilir.

Metbuat.az-a bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Belə ki, “Archi Glass” MMC sifarişçiyə 3800 kvadrat metr həcmində emal olunmuş şüşə paketlərin göndərilməsini təmin edib. Məhsulların hazırlanmasında xammal kimi Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti - “Azerfloat” QSC-nin istehsalı olan 5 millimetrlik şüşə vərəqələrdən də istifadə olunub.

Azad edilmiş ərazilərimizdə iqtisadi fəaliyyətin əlverişli biznes mühitinə əsaslanmaqla canlandırılması, həyata keçirilən layihələrdə yerli şirkətlərin iştirakına önəm verilməsi istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına, ümumilikdə iqtisadi artıma əlavə stimul yaradır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR