Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq edəcək

Avropa Birliyi Komissiyası Rusiyaya dron tədarük etdiyi üçün İrana qarşı yeni sanksiyalar hazırlayır.

Metbuat.az xəbər verir ki, bu barədə qurumdan açıqlama verilib. Bildirilir ki, məsələ ilə bağlı lazımi qədər sübutlar toplanılıb. Avropa Birliyi açıq, sürətli və qəti cavab üçün hazırlıq aparır.

Qeyd edək ki, İranın Rusiyaya minlərlə kamikadze dronu tədarük etdiyi bildirilir. İran isə iddiaları rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR