Messi bu erməniyə yüksək vəzifə verdi -

Argentina millisinin hücumçusu Lionel Messi investisiya şirkəti qurub.

Metbuat.az “Marca”ya istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib. O bildirib ki, “Play Time Sports-Tech HoldCo LLC ” adlı şirkət texnologiya, media və idmana sərmayə qoyacaq. O, dünyanın hər yerindən cəsur investorlarla işbirliyi quracağı üçün çox sevincli olduğunu qeyd edib. Məlumata görə, şirkətin əsas ofisi San-Fransisko şəhərində yerləşəcək. Şirkət insanların texnologiya və futbola dair şirkət qurmalarına dəstək verəcək, klublara investisiya qoymaq istəyənlər üçün şərait yaradacaq.

Məlumata görə, “Play Time” şirkəti investisiya şirkəti olan “Graph Ventures”un tərəfdaşı erməni əsilli Razmiq Ovaqimyan tərəfindən idarə olunacaq. “Advisors LLC”nin qurucu tərəfdaşı Mişel Markez isə Messinin şirkətində özəl məsləhətçi kimi işləyəcək. Şirkət Messinin özünün də əsas investisiya vasitəsi olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR