Türkiyə nəhəngindən İNANILMAZ HƏMLƏ -

“Qalatasaray” “Mançester Siti”nin futbolçusu İlkay Gündoğanı transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb. İddialara görə, Türkiyə təmsilçisi futbolçunun nümayəndələri ilə təmas qurub. Məlumata görə, İlkay Gündoğanın müqaviləsi mövsümün sonunda başa çatır. Futbolçu yeni müqavilə imzalamaq üçün klubu ilə danışıqlara başlamayıb. Onun klubdan ayrılmaq istədiyi istisna deyil. İlkay Gündoğanla Avropanın nəhəng klublarının da maraqlandığı deyilir.

Türkiyə mətbuatı yazır ki, “Qalatasaray” Avropa səviyyəsində heyət qurmağa çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR