Ərdoğan Binəli Yıldırımı və Şamil Ayrımı ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda xəstəxanada AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırıma və millət vəkili Şamil Ayrımı ziyarət edib.

Metbuat.az xəbər verir ki, Türkiyə lideri Yıldırımla Ayrımın səhhəti ilə maraqlanıb, onlara şəfa diləklərini çatdırıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Cəbrayıldan qayıdarkən yol qəzasına düşüblər.

Ərdoğan Binəli Yıldırımı və Şamil Ayrımı ziyarət etdi

.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR