İngiltərə Premyer Liqasının 13-cü turunda son çempion “Mançester Siti” doğma meydanda “Brayton”u qəbul edib.
Metbuat.az xəbər verir ki, ötən tur “Liverpul”dan cari mövsümdəki ilk məğlubiyyətini alan “şəhərlilər” bu dəfə üç xalı 3:1 hesabı ilə qazanıblar.
Holand “Brayton” önündə öncəki qarşılaşmadakı qolsuzluğunu artıqlamasıyla kompensasiya edib. Forvard daha iki qol vuraraq çempinatdakı toplarının sayını 17-yə çatdırıb.