Şəhid atası vəfat etdi -

Vətən müharibəsi şəhidi Şahin Allahyarovun atası Hüseynbala Allahyarov vəfat edib.

Metbuat.az xəbər verir ki, Hüseynbala Allahyarovun gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Ordusu Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Allahyarov noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub. Şəhid Quba rayonunun Zizik kəndində dəfn olunub.

Şahin Allahyar "Vətən uğrunda" medalı ilə təltif olunub. Həmçinin "Vətən Müharibəsi Qəhrəmanı" adını alıb.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Şahin Allahyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhid Şahin Allahyarov evli idi. Övladını görə bilməyən şəhidin elə öz adını daşıyan bir oğlu Vətənə yadigar qalıb.

Bir 1 nəfər, abidə, açıq hava və mətn şəkili ola bilər

Şahin Allahyarov » www.vetendas.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR