İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına odlu silahla hücumu zamanı ən son məlumatlara görə 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.