Binəli Yıldırım evə buraxıldı

Qarabağda keçirdiyi yol qəzasından sonra müalicəsi başa çatan AK Partiya sədr müavini Binəli Yıldırım evə buraxılıb.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, xəstəxanadan çıxarkən ağır qəza keçirdiklərini ifadə edən Yıldırım qəza nəticəsində başında cərrahi müdaxilə tələb edən kəsik yarandı. Bunun üçün iki əməliyyat lazım olduğunu deyib və müalicənin qalanını ev şəraitində davam etdirəcəyi açıqlamasını verib:

O, qəzadan sonra ağır əməliyyatlar keçirdiyini və iki qabırğasının sındığını bildirib: “Həmçinin körpücük sümüyüm zədələnib. Azərbaycanda ilk tibbi müdaxilələrdən sonra vətənə qayıtdıq. Biz yaxşıyıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR