Binəli Yıldırım danışdı:

Xəbər verdiyimiz kimi, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım Qarabağda qəzaya uğramışdı. Yıldırım artıq xəstəxanadan evə buraxılıb.

Metbuat.az xəbər verir ki, Binəli yıldırım ağır qəzadan danışıb:

"Ağır qəza keçirdik. Bir neçə dəfə mayallaq aşdıq. Rəbbimizə şükür edirik ki, bizi qorudu. İki qabırğam qırılıb. Bu da zamanla keçəcək".

O, həmçinin qəza anından etibarən yaxından maraqlanan, dəstək verən dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdiyini deyib.

Xatırladaq ki, ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılıb, daha sonra isə xüsusi təyyarə ilə İstanbula gətiriliblər. Onların müalicəsi İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasında davam etdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR