Ərdoğan Türkiyənin ilk elektromobili "TOGG"u təqdim etdi -

""TOGG" Türkiyənin nüfuzlu brendi olaraq dünyanın bir çox ölkələrinin yollarını bəzəyəcək".

Metbuat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "TOGG" elektrik avtomobilinin seriyalı istehsal ediləcəyi "Gemlik" fabrikinə ziyarət zamanı deyib.

Türkiyə prezidenti avtomobilin gövdəsi və quraşdırılması işlərinin aparıldığı sexlərlə tanış olub.

Türkiyə dövlətinin başçısı və xanımı Əminə Ərdoğanla birlikdə "TOGG" elektromobilini sınaqdan keçirib.

Sınaqdan sonra prezident Ərdoğan təəssüratlarını bölüşüb, zavod işçiləri və tədbirin qonaqları qarşısında çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR