Messinin transfer olacağı klub açıqlandı -

PSJ-nin hücumçusu Lionel Messinin yeni mövsümdə hansı klubda oynayacağı barədə iddialar səngimir.

Metbuat.az xəbər verir ki, Messinin yaxın dostlarından olan, onun keçmiş komanda yoldaşı Andres İnyesta yeni iddia ortaya atıb. İnyestanın sözlərinə görə, Messi “Barselona”ya qayıdacaq. ““Barcelona”ya geri qayıtmaq əsla asan deyil. Amma Messi böyük ehtimalla “Barselonaya” geri qayıdacaq” - İnyesta deyib.

Qeyd edək ki, PSJ rəhbərliyinin klubdan ayrılması gündəmə gələn Lionel Messi üçün yeni müqavilə hazırladığı bildirilir. İddialara görə, PSJ Messinin müqaviləsindəki sazişi yeniləmək bəndini aktivləşdirmək əvəzinə hücumçuya yeni müqavilə təklif edəcək. Yeni müqavilədə məvacib əvvəlkindən çox olacaq. İddialara görə, Messini transfer etmək üçün “Barcelona”, Mançester Siti” və ABŞ-ın “İnter Mayami” klubu maraqlıdır. ABŞ klubunun Messi üçün danışıqlar apardığı irəli sürülüb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR