Soçi Bəyanatında Putinin dediyi hansı maddə silinib? -

“Bizim ümumi fikirimizə görə bu faydalı görüş oldu. Mənim fikrimcə bu görüş gələcəkdə bir sıra prisnsipial məsələlərin həlli üçün yaxşı atmosfer yaratmış oldu. Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açıq deməliyəm ki, hər şeyi razılaşdıra bilmədik. Sənədin ilkin versiyasından bəzi məsələləri silməli olduq”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Soçi görüşü əsnasında İlham Əliyevə və Nikol Paşinyana təşəkkürü zamanı bildirmişdi. Putin sənədlə bağlı qeyd etdiyi “bəzi məsələləri silməli olduq” fikirlərinə münasibət bildirən politoloq İlyas Hüseynov Metbuat.az-a bildirdi ki, bu sözləri ilə Kreml lideri tərəflərə öz maraqları üçün təzyiq etməyə çalışıb.

Gələcəkdə Türkiyə iqtisadiyyatına zərbələr vurulması proqnozlaşdırılır" - İLYAS HÜSEYNOV

İlyas Hüseynov

“Rusiya öz maraqlarını daha geniş həcmdə təmin etmək üçün tərəflərə təzyiqləri özündə ehtiva edən müddəaları görmək istəyirdi. Görünür sənəddən həm Azərbaycan tərəfinin, həm də Ermənistanın mövqelərinə cavab verməyən yanaşmalar çıxarılıb. İlk növbədə Azərbaycanın Prezidentinin iradəsi əsasında bir sıra məsələlər sənəddə əks olunmayıb. Lakin əminliklə söyləmək olar ki, bəyanatda Qarabağ ilə bağlı ifadələrin olmaması məhz Azərbaycan diplomatiyasının uğurudur. Bəyanatda “Qarabağ”la bağlı bir kəlmə belə yoxdur. Bundan başqa, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırılıb. Cənab Prezident və onun komandası ümumilikdə bu görüşə çox effektiv çalışdılar və baş verən proseslərə də biz nəzər salanda görürük ki, böyük dinamiklik, gərginlik, həyəcan var idi”.

Politoloq hesab edir ki, Soçi görüşündə Azərbaycanın maraqlarına cavab verməyən hər hansısa bir sənədin imzalanmaması rəsmi Bakının diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirilməlidir.

“Bildiyiniz kimi, Avropa İttifaqının vasitəçiliyi ilə irəli sürülən müddəalar var. Vaşinqtonun sülh sazişi də bizim maraqlarımıza uyğundur. Hesab edirəm ki, qarşıdakı görüşə artıq hazırlaşmaq gərəklidir”- deyə İlyas Hüseynov fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR